Reklam işlərinin hazırlanması prosesi necə gedir?

Reklam işlərinin hazırlanması prosesi necə gedir?

Reklam işlərinin hazırlanması prosesi necə gedir?

Reklam işlərinin hazırlanması prosesini çox əhəmiyyətli hesab edirəm, biraz qarışıq və uzun görünsədə burada peşəkarlıq və dəqiqlik çox önəmlidir. Reklam işləri növlərinə görə müxtəlif olduğu üçün, mən bu yazıda daxili və çöl reklam işlərinin hazırlanması prosesindən danışacam.

Reklam işlərinin hazırlanması prosesi

Bu prosesi bir neçə mərhələdən ibarətdir. Müştərinin sifarişinə əsasən reklam işləri hazırlanır. Lakin bu proses göründüyü kimi sadə deyildir.

Aşağıdakı mərhələlərdən keçir :

  1. Müştərinin sifariş verməsi
  2. Sifarişin dəqiq müəyyənləşməsi
  3. Ölçü götürmə mərhələsi
  4. Dizaynın hazırlanması
  5. Dizaynda düzəlişlər
  6. Materialların seçilməsi
  7. Sifarişin yenidən yoxlanması
  8. Reklam işinin hazırlanması
  9. Reklam işinin təhvil verilməsi

Yuxardı doqquz mərhələni qeyd etdim, göründüyü kimi uzun bir prosedurdu, burada işçilərin peşəkarlığı və idarəetmə çox önəmlidir. Reklam işləri səliqəli və vaxtında çatdırılmalıdır.

reklam isleri

 

Çöl reklam işlərinin hazırlanması

Çöl reklam işlərinin hazırlanması xüsusi zəhmət tələb edir. Lakin ən əsas məsələlərdən biri də, istifadə olunan materiallardır. Çünki qiymət və işin keyfiyyəti məhz bundan asılı olaraq dəyişir. Çöl reklam xidmətləri istəyən müştərilər gərəkdir ki, bu məsələyə diqqət etsinlər. Buna görə də qiymət təklifi istəmədən öncə istifadə olunacaq materiallar haqqında düşünmək zəruridir. Bundan əlavə alternativ yollar da mümkündür. Misal üçün reklam stendi axtaran bir müştəriyə vəziyyətə uyğun olaraq Roll up  və  ya Brand wall hazırlamaq mümkündür. Təbii burada xırda bir nüans var, belə ki günlük istifadə üçün Roll up daha yaxşıdır, asanlıqla yığılıb-açıla bilir. Brand wall-da isə günlük istifadə bir qədər çətindir, çünki bağlantı yerləri çoxdur. Yenə də müştərinin istəyi dəqiq müəyyən edildikdən sonra ancaq, sifarişə uyğun təkliflər vermək məqsədəuyğun hesab edilir.

col reklam isleri

Azərbaycanda reklam xidmətləri

Azərbaycanda bir çox reklam xidmətləri mövcuddur. Şirkətlərin ixtisaslaşmasından asılı olaraq təkliflər və qiymətlər fərqlidir. Piramida Reklam şirkəti olaraq daxili və xarici reklam xidmətləri təklif edirik. Bundan əlavə LED monitor reklam, Avtomobil brendinq, Sərgi stendləri, Rəqəmsal çap kimi reklam xidmətləri təklif edirik. Sifariş üçün bizimlə əlaqə saxlaya bilərsiniz.