Pandemiyanın reklam şirkətlərinə təsiri

Pandemiyanın reklam şirkətlərinə təsiri

Pandemiyanın reklam şirkətlərinə təsiri

Pandemiyanın reklam şirkətlərinə təsiri

Koronavirus(Covid-19) təhlükəsi ilə, hələ 2020-ci ilin mart ayından ölkəmizdə karantin rejimi yumşaq başlamaqla, ən sərt məhdudiyyətlərə doğru getmişdir. Bəs bu mövcud vəziyyət, sektorda fəaliyyət göstərən reklam şirkətlərinə necə təsir etdi?

Bu bloq yazısında bütün məsələlərə toxunacam. Reklam şirkətləri ümumilikdə gördükləri işlərə görə qruplaşdırıla bilər. Sosial media ilə məşğul olanlar, bütünlükdə rəqəmsal marketinq xidmətləri təqdim edənlər, daxili və çöl reklam işləri görənlər və bütün xidmətləri təqdim edən şirkətlər. İxtisaslaşma cəhətdən işlərə yönəlmək və keyfiyyətli iş görmək çox önəmlidir. Bütün bunlar öz yerində, lakin əsas məsələ Pandemiyanın reklam şirkətlərin mövcud vəziyyətinə təsiri haqqındadır.

Pandemiya reklam şirkətlərinə hansı mənfi təsirlər edib?

İlk növbədə qeyd etmək lazımdır ki, iqtisadiyyat bir zəncir kimi işləyir, yəni reklam şirkətlərinin fəaliyyəti üçün digər şirkətlərin də işləməsi zəruridir. Lakin Pandemiya olduqda iqtisadiyyat zənciri qırılmağa başlamış, şirkətlərin bazarda fəaliyyət göstərməsi təhlükə altında düşmüşdür. Bəzi reklam şirkətləri hətta bağlanmış, bəziləri isə işçilərinəmək haqqını azaltmış vəbəziləri də işçiləri çıxarmalı olmuşdur. Reklam şirkətləri də eyni vəziyyət ilə qarşı-qarşıya qalmışdır. İşlər 50%-ə yaxın azalmış, böyük korporativ şirkətlər isə reklam sifarişləri verməyi dayandırmalı olmuşdur.

İşsiz günlər, onlayn işlər və müştəri azlığı reklama olan ehtiyacı da azaltmışdır. Əlavə olaraq, yeni şirkətlərin yaranması üçün münasib vəziyyət olmadığından, bazarda yeni müştərilərin sayı normal vəziyyətdən çox daha aşağı olmuşdur.

Dünyan ölkələrində qeyd edilən bu göstərici, bizə bir çox şeyləri izah edir.

2021-ci ildə reklam sektorunda işlər bərpa olunacaq mı?

Artıq sərt karantin rejimi aradan qalxdığı üçün işlər bir qədər yaxşılaşmağa başlamışdır.Belə ki, onlayn iş rejimi oflayna keçməklə itirilmiş müştəri bazasını yenidən bərpa olunmağa başlayır. Onu qeyd etmək lazımdır ki, Pandemiya iqtisadiyyata çox ciddi ziyan vurmuşdur, bərpası üçün zaman lazımdır. Bütün reklam şirkətləri artıq əvvəlki iş rejiminə davam etməyə başlayıb. Ümumi iqtisadiyyatın dirçəlməsi, reklam sektorunda da öz təsirini göstərməyə davam edir.

Pandemiya koronavirus

Bu təsirlərə məruz qalan şirkətlərdən biridə Piramida Reklam şirkətidir. Biz sizlərə daxili və çöl reklam işləri təqdim edirik. İşlərimizdən nümunələrə baxmaq üçün işlərimiz bölməsinə daxil ola bilərsiniz. Sifariş vermədən öncə, təkliflərimizi ala bilərsiniz, əlaqə.