İşıqlı qutu reklam nədir? | İşıqlı qutu reklamın üstünlükləri

İşıqlı qutu reklam nədir? | İşıqlı qutu reklamın üstünlükləri

İşıqlı qutu reklam nədir? | İşıqlı qutu reklamın üstünlükləri

İşıqlı qutu reklam nədir? işıqlı qutu reklam üstünlükləri

Bu gün ki, yazımız işıqlı qutu reklam işləri haqqındadır. Bu yazıya keçmədən öncə, Sərgi stendləri hazırlamaq üçün 10 addım digər yazımıza nəzər sala bilərsiniz.

İşıqlı qutu reklam nədir?

İşıqlı qutu  reklam daşıyıcıları vasitəsi ilə istifadə olunan çöl reklam işidir. Ondan dünya miqyasında çox istifadə olunur. Forması və quruluşuna görə bir çox insanlar tərəfində maraqla qarşılanan işıqlıqutu reklam günü-gündən daha çox istifadə olunmağa başlayır. “Biz nə üçün bu reklamlardan istifadə edək?” sualına cavab tapmaq üçün bu yazını oxuya bilərsiniz.

isiqliqutu reklam isi

İşıqlı qutu reklam işlərinin hazırlanması

Reklam sektorunda qiymət önəmli olduğu kimi, keyfiyyət də çox önəmlidir. Buna görə də istehsal olunan məhsullar gərəkdir ki, müştərinin gözləntisini qarşılasın. İşıqlı qutu reklam işləri, daxili işıqlanması olan şüşə üzlüklü(orqsteklo) qutu şəklində olur. İşıqlanması və kənardan görünüşü müştəriləri cəlb edir, onun istifadə olunmasında da əsas məqsəd, müştəri diqqətini cəlb etməkdir.

İşıqlı qutu reklam işlərinin üstünlükləri

İşıqlı qutu çöl reklamların özünə məxsus üstünlükləri vardır. Əsas üstünlüyü iri həcimli konstruksiyaya sahib olmasıdır. Müştəri istəyinə uyğun olaraq bu konstruksiyanın quruluşu və formatı asanlıqla dəyişə bilir. Bu çöl reklam işlərinin digər bir üstünlüyü isə, müştərilər ilə birbaşa təmas qura bilməsidir. Buda həm markanı yaddaqalan edir, həm də mağazanın yanından keçən müştəriləri mağazaya daxil olmağa təşviq edir.Mağazaya daxil olan müştərinin, satış etmə şansı da çoxdur.Markanın yadda qalan olması, bu gün potensial olmasa belə, gələcəkdə sizin real müştərinizə çevrilə bilən insanların  mövcudluğuna səbəb olur.

isiqliqutu reklam

Azərbaycanda işıqlı qutu reklam işləri

Azərbaycanda da bu isiqli qutu reklam işləri görən bir çox reklam şirkətləri vardır. Bizim şirkətimiz, “Piramida Reklam” sizlərə uyğun qiymətə, keyfiyyətli məhsul və xidmət təklif edir. Bizdən qiymət aldıqdan sonra, digər təkliflərə baxmağınızı tövsiyə edirik. Hər zaman müştəri məmnuniyyətini qazanmağa çalışan şirkətimiz, sizin üçün də lazım olan xidmət göstərməyə hər zaman hazırdır.

Reklam sahəsi ilə bağlı bloq yazılarımızdan faydalana bilərsiniz. Digər yazılara keçidləri aşağıdan qoyuram:

Vinil baner reklam işlərinin 7 üstünlüyü

Reklam işlərinin hazirlanmasi prosesi necə gedir?

Azərbaycanda reklam şirkətlərinin fəaliyyəti

Ənənəvi reklamin əhəmiyyəti,reklam və marketinq

Pandemiyanin reklam şirkətlərinə təsiri