Ənənəvi reklamın əhəmiyyəti,Reklam və Marketinq

Ənənəvi reklamın əhəmiyyəti,Reklam və Marketinq

Ənənəvi reklamın əhəmiyyəti,Reklam və Marketinq

  • 0 Comments

Ənənəvi reklamın və ya  digər adı ilə, oflayn reklamın əhəmiyyətini anlamaq üçün gərəkdir ki, onun haqqında zəruri məlumatlara sahib olaq.

Bu yazıda, ənənəvi reklam, reklam və marketinq mövzularına toxunacam.

İlk öncə qeyd etmək lazımdır ki, reklam özü Marketinqin bir qolu hesabı olunur. Bəzən onu müstəqil bir məhfum kimi qeyd edirlər, lakin reklam Marketinq fəaliyyətlərini icra etmək üçün bir alətdir.Buna reklam tərifi kimi də baxa bilərik, eyni zaman reklamın növləri (onlayn, oflayn) Marketinq strategiyasına uyğun olaraq müəyyən edilir.

Ənənəvi reklam

Reklamın növləri hansılardı?

Qısa olar keçid etsəm, Marketinqin reklam növləri iki qrupda təsnif edilə bilər.

  1. Rəqəmsal

Bura sosial mediadan tutmuş, web saytlar üzərindən reklamlar və ən son texnoloji vasitələr nəzərdə tutulur. Adından göründüyü kimi, internet vasitəsi ilə edilən reklamlar.

  1. Ənənəvi

Bu gün əsas üzərində qalacağım mövzu məhz oflayn reklam ilə əlaqəlidir. Əslində buna oflayn və ya ənənəvi marketinq də deyirlər. Biz ənənəvi reklam kimi davam edə bilərik. Ənənəvi reklam marketinq sahəsi bir elm kimi fəaliyyətə başlayan gündən yaranmağa başlamışdır.

Ənənəvi reklamların növləri

  1. TV
  2. Radio
  3. Billboard
  4. LED ekran
  5. Avtomobil brendinq
  6. Sərgi stendləri
  7. Displey stendlər və. s

Bu növlərin özüdə müxtəlif qruplara ayrılır: Çöl reklamlar, daxili reklamlar, LED reklamlar və. s. Sosial media və xüsusən də İnternetin kəşfindən sonra, ənənəvi reklamların bazarda payı bir qədər azalsada, onun gördüyü iş və sahib olduğu funksionallığı heç bir zaman yox olmayacağına əsas verir. Lakin zamanla daha elektronlaşa bilər, misal üçün əvvəllər yol qırağında qoyulan Billboardlar daha çox yazı və şəkildən ibarət olurdusa, artıq LED ekran tabloların daha çox fayda verdiyini düşünmək olar. Bunun kimi daha bir çox yeniliklər baş verdikcə, texnoloji vasitələr köhnə alətləri sıradan çıxaracaq.

reklam isleri

Ənənəvi reklamların əhəmiyyəti

Ənənəvi reklamların əhəmiyyətini tam izzah etmək üçün, bir neçə nümunə gətirmək istərdim. Amma ilk öncə qeyd etmək lazımdır ki, ənənəvi reklamların əhəmiyyəti sektordan – sektora və məhsuldan-məhsula dəyişir. Bəziləri üçün faydasız olsa da, bəziləri üçün çox faydalıdır. Misal üçün Pampersi düşünək, TV reklamları vasitəsi ilə böyük alıcı kütləyə xitab etmək mümkündür və yaxud gündəlik radio dinləyən sürücləri nəzərə alaraq maşın yağları və ya ehtiyat hissələrin tanıdılması müsbət təsir edə bilər. Metrolarda və yol kənarlarında yerləşdirilən Billboard və LED ekran reklamlar da gündə minlərlə insanlara markanızı tanıdır.

Azərbaycanda ənənəvi reklam

Ölkəmizdə ənənəvi reklam xidmətləri təqdim edən bir çox şirkətlər mövcuddur. Onlardan biridə Piramida Reklam şirkətidir. 10 ildən artıq təcrübə və geniş müştəri auditoriyası şirkəti öz sözünü deyən bir mövqeyə gətirmişdir. Ənənəvi reklam işləri üçün müraciət edə bilərsiniz.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •