Avto brendinq

Avtomobilinizin marka sərmayəsindən ən yaxşı şəkildə yararlanmaq üçün şirkətinizi keyfiyyətli qrafika vasitəsi olan Avto Brendinq Xidməti ilə ən yaxşı şəkildə necə təmsil edəcəyinizi bilməlisiniz. Orta hesabla, amerikalılar ildə 17.600 dəqiqədən çox avtomobil sürür. Təxminən 86% sürücü işə getmək üçün nəqliyyat vasitəsi kimi avtomobildən istifadə edir. Bu statistika ABŞ üçün olsa da, düşünmək olar ki, Azərbaycan üçün də bu kifayyət qədər vacib məsələdir. Avtomobil üzərində Vinil İşləri ilə vurduğunuz marka loqoları və ya digər təsvirlər müştərilər üçün xoş təəssürat yaradır. Bu da avto brendinq’in əhəmiyyətini göstərir.

Avto Brendinq

Avto Brendinqin Faydaları

Yuxarıda da qeyd edildiyi kimi avtomobillər üzərinə vurulan vinillər satış və tanıtım üçün çox önəmli bir vasitədir. Bu, ətrafda olan insanları real müştəriyə çevirə bilər. Bundan əlavə avto brendinq markanın tanınması üçün çox mühüm bir vasitə hesab edilir. On ildən artıq olan təcrübəmizə güvənərək avto brendinq xidmətini bizə həvalə etməyinizi təklif edirik. Ölçüsündən asılı olmayaraq hər növ avtomobil üzərində vinil işləri təklif edirik. Yağışlı, günəşli, isti və ya soyuq havalarda belə öz keyfiyyətini itirməyən vinillər səliqəli bir formada avtomobillərinizin üzərinə çəkilir.

Avto Brendinq Hansı Üstünlüklərə Malikdir?

Digər Outdoor reklamlardan daha çox dinamik olduğu üçün daha çox potensial müştəri bazasını əhatə edə bilir. Brendinizi və ya markanızı davamlı olaraq potensial müştərilərin görünüş məsafəsində saxlayır. Digər outdoor reklamlara nisbətdə daha ucuz başa gəlir.

Avto Brendinq Üstünlükləri

Zövqə uyğun Avto Brendinq Xidməti Təqdim Edirik!

Sizin sifarişiniz əsasında avtomobiliniz üçün yüksək keyfiyyətli  vinil işləri təqdim edirik. Seçiminiz əsasında hazırlanan işlərin daha da keyfiyyətli olması üçün bu xidmətimizi də sizin diqqətinizə çatdırırıq.




Avto brendinq ilə markanızın dəyərini artırmaq üçün bizə müraciət edə bilərsiniz.


Digər Xidmətlər: Çöl Reklamları | Daxili Reklamlar | Displey Tanıtım Stendləri | Fasad Alkopan İşləri | LED Ekran Reklamları | Rəqəmsal Çap Xidməti | Roll Up Banner | Sərgi Stendləri | Reklam Balonları | Reklam Lövhələri | İşıqlı Qutu Reklamı | Neon Reklamlar | Billboard Reklamları